Luqano Braziliyanın “San Paulo” klubuna keçir

25 Fevral 2011 15:37 (UTC+04:00)

İstanbulun "Fənərbaxça" futbol klubunun uruqvaylı futbolçusu Luqano İstanbul klubundan ayrıldıqdan sonra ilk olaraq Braziliyanın "San Paulo" futbol klubunda forma geyinəcəyini bildirib. Siasport.az saytı xəbər verir ki, ulduz futbolçu bu qərarını ailəsi ilə birgə məsləhətləşmə apardıqdan sonra açıqlayıb."Globo Esporte" nəşrində yer alan xəbərə görə, Braziliya klubu hələ yanvar ayında uruqvaylı futbolçuya transfer təklifi göndərib. Ulduz futbolçu isə bildirib ki, 2012-ci ildə keçiriləcək Olimpiyadalarda Uruqvay millisinin heyətində çıxış etdikdən sonra vətəninə qayıtmaq qərarı verib. Luqano "Fənərbaxça" ilə vidalaşdıqdan sonra isə Braziliya klubunun heyətində çıxış etməyə hazır olduğunu "San Paulo" rəsmilərinin diqqətinə çatdırıb.