"Xəzər Lənkəran" azarkeşlərinə müraciət etdi
23 Fevral 2011 15:57 (UTC+04:00)
"Xəzər Lənkəran" klubu azarkeşlərindən "İnter" - "Xəzər Lənkəran" matçından 30 dəqiqə əvvəl stadionda olmağı istəyib. Siasport.az saytı xəbər verir ki, klub bu barədə rəsmi saytı vasitəsilə azarkeşlərə müraciət edib. Məlumarda belə deyilir: "Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində Bakının "Şəfa" stadionunda fevralın 27-də baş tutacaq görüşündən əvvəl meydan sahibləri təntənəli tədbir keçirməyi nəzərdə tutublar. Bununla əlaqədar azarkeşlərin stadiona oyundan 30 dəqiqə əvvəl, yəni saat 15:30 üçün gəlmələri məqsədəuyğundur".