“Anşad Petrol”un adı dəyişdirildi

23 Fevral 2011 11:59 (UTC+04:00)

"Anşad Petrol" klubunun rəsmi adı dəyişdirilib. Siasport.az saytı xəbər verir ki, klub Peşəkar Futbol Liqasına müraciət edib və müraciət qəbul olunub.

"Anşad Petrol" klubunun PFL-ə ünvanladığı 21 fevral 2011-ci il tarixli 01-02/VI saylı məktubunda klubun rəsmi adının dəyişdirilərək "Neftçala" FK ilə əvəzləndiyi bildirilmişdir. Bu səbəbdən də yuxarıda göstərilənləri nəzərə alaraq

Ə M R E D İ R Ə M:

Bugünkü tarixdən etibarən "Anşad Petrol " klubunun rəsmi adı "Neftçala" FK ilə əvəzlənsin.

PFL-in prezidenti R. Musayev