Bu gün “Azərreyl” Finlandiya klubu ilə qarşılaşacaq

23 Fevral 2011 10:26 (UTC+04:00)

Bu gün təmsilçimiz, qadın voleybolçulardan ibarət "Azərreyl" klubu Çelenc Kubokunun 1/4 final mərhələsində səfərdə ilk oyununu keçirəcək. Siasport.az saytı xəbər verir ki, komandamız Finlandiyanın "Salo" klubu ilə qarşılaşacaq. Oyun saat 20:30-da başlayacaq.