UEFA Qattuzonu cəzalandırdı
22 Fevral 2011 12:52 (UTC+04:00)
Nəhayət ki, Ingiltərə mətbuatının "faşıst" deyə dad çəkdiyi Qattuzo UEFA tərəfindən cəzalandırıldı. Siasport.az saytı xəbər verir ki, neçə gün idi ki, ingilis mətbuatı Qattuzonun cəzalandırılması tələbi ilə UEFA prezidenti Mişel Platinini "topa" tuturdu. İngilislər onu həttda yerinə düşməsə də irqçilikdə belə ittiham edirdilər. Dünən isə UEFA-nın xüsusi komitəsi Çempionlar Liqasının 1/8 final qarşılaşmasının ilk oyununda Qattuzonun qonaq komandanın məşqçilərinə qarşı etdiyi kobudluqa görə 4 oyun cəzalandırılması ilə bağlı qərar imzalayıb. UEFA-nın bu qərarına qarşı "Milan" futbol klubu da etiraz etməyəcəyini rəsmi olaraq internet səhifəsində bəyan edib.