"Real Madrid"in portuqaliyalı baş məşqçisi Joze Maurinyo "Barselona" futbol komandasına qarşı olan nifrətini növbəti dəfə dilə gətirib. Siasport.az saytı xəbər verir ki, ispaniyalı jurnalistlərin bir sıra suallarını cavablandıran kral klubunun baş məşqçisi özünün "Real"dakı gələcək taleyi və bu gün Çempionlar Liqasında Fransanın "Lion" klubu ilə oynanılacaq qarşılaşma barədə də danışıb. İtaliyanın "İnter" futbol klubundan "Real"a yalnız bir-iki il çalışmaq üçün gəlmədiyini deyən J.Maurinyo, "Real Madrid"lə dörd illik müqavilə bağlamasını bu klubla bağlı nəzərdə tutduğu uzunmüddətli layihələri ilə əlaqələndirib. İspaniyanın "COPE" radiyosuna verdiyi müsahibədə isə o "Real" azarkeşlərini də klubun uğurları naminə birlikdə hərəkət etməyə çağırıb. J.Maurinyo bu axşam Çempionlar Liqasının 1/8 final qarşılaşması ilə bağlı suala cavab verərək bildirib ki, "Lion" Çempionlar Liqasında kifayət qədər təcrübəyə malik futbol klubudur, amma "Real"ın da nəyə qadir olduğunu bütün dünya yaxşı bilir. J.Maurinyo həmçinin özünün nə vaxtsa "Barselona"nın sükanı arxasına keçəcəyi ilə bağlı məsələyə də münasibət bildirib.
O bidirib ki, bu kluba qarşı antisimpatiyası var və "Real"ın sükanı arxasından ayrıldıqdan sonra heç vaxt "Barselona"da baş məşqçi işləməz.