Azərbaycan atleti “İnternational Trabzon Half Marathon”da gümüş mükafat qazanıb

22 Fevral 2011 09:58 (UTC+04:00)

Türkiyənin Trabzon şəhərində ənənəvi 31-ci "İnternational Trabzon Half Marathon" yarımmarafonu keçirilib. Siasport.az saytı xəbər verir ki, Azərbaycanın yüngül atleti Tilahun Əliyev 1.04.58 nəticə ilə turnirin gümüş mükafatçısı olub.

Finişə birinci keniyalı Moses Tu (1.04.53) çatıb. Türkiyə təmsilçisi Əhməd Aslan (1.06.58) bürünc mükafatın sahibi olub.//AzərTAc