Milli futbolçumuz alman klubuna keçdi

2 İyul 2016 14:26 (UTC+04:00)

Futbol üzrə Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniya ikinci bundesliqa təmsilçisi "Erçqebirqe"yə transfer olunub. SİA alman klubunun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. O, Aue təmsilçisində 30 nömrəli forma ilə çıxış edəcək. Qeyd edək ki, D.Nazarov ötən mövsüm Almaniya ikinci bundesliqa təmsilçisi "Karlsrue"də çıxış edib.