Üzgüçülük üzrə respublika qış çempionatı keçiriləcək
21 Fevral 2011 17:17 (UTC+04:00)
Hövsan Olimpiya İdman Kompleksində üzgüçülük üzrə respublika qış çempionatı keçiriləcək. Siasport.az saytı xəbər verir ki, yarış fevralın 25-dən 27-dək davam edəcək. Çempionatda Bakı, Sumqayıt və Quba idmançılarının iştirakı gözlənilir.