Gerisini isə onlar bizdən də yaxşı bilir...

1 İyul 2016 15:13 (UTC+04:00)

Uzun müddətdir ki, radikal müxalifət düşərgəsində, hələ də, öz mövcudluqlarını hiss etdirməyə çalışan oyuncaq qurumlar düşdükləri bataqlıqdan çıxa bilmirlər. İctimai-siyasi proseslərdən tamamilə uzaq olan ənənəvi müxalifət partiyalarının məhz belə bir aqibətlə üzləşməsi isə təbii qarşılanmalıdır. Yəni buna təccüb etmək-filan da lazım deyil. Çünki bu partiyalar mövcud olduqları gündən heç vaxt ictimai əsaslarla fəaliyyətə üstünlük verməyiblər. Bunun üçün isə o qədər faktlar var ki, hətta arxivlşdirsən, arxivlərə belə sığmaz. Daha dəqiq deəsk, onların yeganə və şablon prinsipi xarici donor təşkilatlara məktub göndərərək, sifarişlər əsasında pul qoparmaqdan ibarətdir.

Az qala əsrin dörddə biri qədər müxalifətdə olmalarına rəğmən...

Ona görə də, radikal müxalifət partiyaları siyasi mövcudluqlarının sonuna yaxınlaşdıqca, onlar üçün hər şey çox qəribə görünür. Partiya sədri olmaqla göz çıxaracağına ümidli olan, xarici havadarlarının vermiş olduqları pullar hesabına alınan pencək və qalstuklarını bəyanat vermək yolunda üzmüş tipik şəxslər mahiyyətdən hələ də bixəbərdirlər. Hələ də, fil qulağında yatmış müxalifət başboğazları elə boğazdan aşağı "düşüncə"nin məhsulu olan yersiz bəyanatları və hay-küyləri ilə yenidən gündəmə gəlməklə az qala əsrin dörddə biri qədər müxalifətdə olmalarına rəğmən, hələ də hakimiyyətə gələcəkləri eşqi ilə alışıb-yanır, xəyal edirlər.

Yeri gəlmişkən, bir məqamı da vurğulayaq ki, bu eşq məsələsi müxalifətin ən ağrılı yeridir. Çünki onlar gördüyünə eşqnamə oxuyur, sonradan isə deyir ki, filankəs mənə xəyanət etdi. Elə onların ən çılğın nöqtələri də xəyanətkarlıqlarındadır. Belə olmasaydı, müxalifətin lalə şövkətləri, əli kərimliləri, isa qəmbərləri, eldar namazovları, cəmil həsənliləri, rüstəm ibrahimbəyovları, arif hacılıları, iqbal ağazadələri və daa kimləri və kimləri nəyin və kimin qulu olduqları, yəqin ki, anlaşıqlıdır.

Onlar iddia edirlər ki, bizim Hacılıdan nəyimiz əskikdir?

Anlamazlıqdan, qanmazlıqdan, görməzlikdən xarab olmuş müxalifət yetkililəri üçün sonun başlanğıcı onlar üçün sürpriz oldu.

Amma hər bir halda, düşərgədə baş verən bu cür anormallıqlar gözlənilən bir faciənin ayaq səslərindən xəbər verir. Çünki fələk gör müxalifət düşərgəsində necə tərsinə dövr edirsə, Arif Hacılı gəlib baıqan olur. Elə bu yerdə şair yaman deyib: "Bat, a dünya, bat! Sənin ki, Arif Hacılı kimi partiya sədrin var". Görünən mənzərə isə ondan ibarətdir ki, Arif Hacılı kimi birisinin partiya sədri olması digərlərini də, başından böyük qələtlərə girişməyə vadar edir. Onlar iddia edirlər ki, bizim Hacılıdan nəyimiz əskikdir? Elə hazırda düşərgədə qarayaranın üstündən çıxan sarı yara da, bu problem üzərində qurulub. Gerisini isə onlar bizdən də yaxşı bilir.