Doqquz idmançı = 1 \"bürünc\"

21 Fevral 2011 09:47 (UTC+04:00)
Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə \"Qran-Pri\" yarışına yekun vurulub. Siasport.az xəbər verir ki, yarışda Azərbaycan yığma komandası da iştirak edib.

Yığmamız baş məşqçi Ağayar Axundzadənin rəhbərliyi altında yarışa 9 cüdoçu - İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Renat Mirzəliyev (73 kq) Elnur Məmmədli (81 kq), Elxan Məmmədov, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq), Emil Tahirov (+100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) ilə qatılıb.

Millimiz Almaniyaya 9 idmançı ilə yollansa da, yalnız bir medalla dönüb ki, bu da \"bürünc\" olub. Komandamıza yeganə medalı olimpiya çempionu Elnur Məmmədli qazandırıb.