“Qalatasaray” yenə hollandiyalıya əmanət olundu

1 İyul 2016 04:32 (UTC+04:00)

Türkiyənin "Qalatasaray" klubu baş məşqçisi ilə bağlı qərarını verib. SİA xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Xəbərə görə, İstanbul təmsilçisi hazırkı baş məşqçi Jan Olde Riekerniklə müqaviləni yeniləyib. Hollandiyalı mütəxəssis daha bir il "cim-bom"u çalışdıracaq.