Elmar Məmmədyarov ATƏT sədri ilə görüşüb YENİLƏNİR

30 İyun 2016 14:00 (UTC+04:00)

Bu gün ATƏT-in Fəaliyyətdə olan sədri, Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasına işgüzar səfəri çərçivəsində Azərbaycan XİN-də olub. SİA-nın məlumatına görə, Elmar Məmmədyarov ATƏT sədri ilə həm təkbətək, həm də geniştərkibli görüş keçirib.

Nazirlər regional məsələlər və Ermnistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında geniş fikir mübadiləsi aparıblar.

Görüşdən sonra hər iki nazirin birgə iştirakı ilə mətbuat konfransı keçiriləcək.