\"Neftçi\" dünyada 586-cıdır

18 Fevral 2011 15:32 (UTC+04:00)
Azərbaycan təmsilçisi \"Neftçi\" klubu dünyanın ən güclü 1000 futbol klubunun arasında 586-cı sırada yer alıb. Siasport.az saytı xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) 10 il ərzində dünyanın ən güclü 1000 futbol klubunun adını açıqladığı siyahıya düşmüş 5 Azərbaycan klubu arasında ən yaxşı göstərici \"Neftçi\"yə aiddir. \"Ağ-qaralar\" 392 xal toplayıb. Digər klublarımızdan "Qarabağ" 366 xalla 634-cü, "Bakı" 327 xalla 731-ci, "İnter" 266 xalla 915-ci, "Xəzər Lənkəran" isə 265 xalla 925-ci yerdə qərarlaşıb.


Siayahıda ilk 3 sırdada müavafiq olaraq "Barselona" (2550 xal), \"Mançester Yunayted\" (2523 xal) və \"Liverpul\" (2414 xal) klubları yer alıblar.