Endi Roddik Yanko Tipsareviçdən üstün olmağı bacardı

18 Fevral 2011 11:31 (UTC+04:00)

ABŞ təmsilçisi Endi Roddik tennis üzrə Memfis turnirinin 2-cü raundu çərçivəsində Yanko Tipsareviçdən (SRB) üstün olmağı bacarıb. Siasport.az saytı xəbər verir ki, Roddik serbiyalı rəqibindən iki setdə üstün ola bilib. Bu qələbə nəticəsində Roddik 1/4 finala yüksəlib və burada ABŞ təmsilçilərin sayını 5-ə artırıb.

İlk set Endi üçün çox sadə olub. Belə ki, tennisçi inamlı oynayaraq rəqibini darmadağın edib. Tipsareviç ilk setdə breyk point belə qazanmadığı halda, iki dəfə öz servisində məğlub olub. Roddik ilk seti hesabına yazıb-6:1.

İkinci set daha gərgin keçib. Bu setdə tennisçilər hərəyə bir breyk ediblər və setin talehini taybreykə daşıyıblar. Taybreyk isə olduqca gərgin keçib və sonda Roddik üstün olmağı bacarıb-10:8.

Maç 1 saat 30 dəqiqə davam edib. Roddik 14 eys və 4 ikili səhv buraxıbsa, Tipsareviçdə bu göstəricilər uyğun olaraq 5 və 3 olub.