\"Neftçi\" Zaqatalada məşq keçəcək

18 Fevral 2011 10:20 (UTC+04:00)

Azərbaycan Premyer Liqasının 21-ci turunun \"Simurq\"la oyununa hazırlaşan \"Neftçi\" Zaqatalaya yollanıb. Siasport.az saytı xəbər verir ki, komanda üzvləri \"Qafqaz\" otelində məskunlaşıblar. Flaqman bu görüşə hazırlığı sabah başa çatdıracaq. \"Neftçi\" saat 16:00-dan etibarən oyunun keçiriləcəyi Zaqatala şəhər stadionunda məşq keçəcək.