İspaniyanın "Real Madrid" klubunda, ardıcıl xal itkilərindən sonra artıq o qədər də etibar sahibi sayılmayan portuqaliyalı futbol mütəxəsissi Joze Maurinyo, elə indidən özünün bir neçə ildən sonrakı dolanışığının dərdinə düşüb. Siasport.az saytı xəbər verir ki, portuqaliyalı futbol mütəxəssisi artıq bank reklam roliklərində çəkilməyə başlayıb. J.Maurinyo Portuqaliyanın ən böyük bankı hesab olunan "Millenium BCP" bankının təqdimat çəkilişində yer alıb. Portuqaliyanın "Jornal de Negocios" jurnalı yazır ki, "Real"ın baş məşqçisi bu cəkilişə görə 1 milyon avro dəyərində əmək haqqı alacaq. J.Maurinyonun özü isə portuqaliyalı jurnalistlərə açıqlamasında deyib ki, o buna normal yanaşır və bu filmə çəkilməklə karyerasına və imicinə ziyan olacaq bir təhlükə görmür. Portuqaliya mətbuatı yazır ki, bank təqdimatını əks etdirən bu film indidən ölkədə populyarlıq qazanıb.