UEFA Bakıda keçiriləcək oyunun hakimini dəyişib

17 Fevral 2011 13:46 (UTC+04:00)
Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin 1-ci qrupu çərçivəsində fevralın 24-dən 27-dək Bakıda keçiriləcək oyunları idarə edəcək hakimlərin təyinatında UEFA tərəfindən 1 dəyişiklik edilib. Siasport.az saytı xəbər verir ki, xorvatiyalı Saşa Tomiçin əvəzinə Bakıya Rusiyanı təmsil edən Sergey Velikiy gələcək.

Qrup oyunlarını idarə edən hakimləri, hakim-inspektor və UEFA nümayəndəsini, həmçinin qarşılaşmaların təqvimini bir daha diqqətinizə çatdırırıq:

Hakimlər

Borut Siviç (Sloveniya)

Sergey Drebujan (Ukrayna)

Sergey Velikiy (Rusiya)

Yan Kresta (Çexiya)

Hakim-inspektor: Andrea Lastruççi (İtaliya)

UEFA nümayəndəsi: Zoran Dimiç (Serbiya)

Qeyd olunan oyunların təqvimini bir daha diqqətinizə çatdırırıq:

24 fevral

Saat 18:30. İspaniya – Fransa

Saat 21:00. Azərbaycan – Qazaxıstan

25 fevral

Saat 18:30. Qazaxıstan – İspaniya

Saat 21:00. Azərbaycan – Fransa

27 fevral

Saat 18:30. Fransa – Qazaxıstan

Saat 21:00. İspaniya – Azərbaycan