Vətəni öz canından çox sevən insan

28 İyun 2016 16:06 (UTC+04:00)

Mən Əlimusanı 1974-cü ildən tanıyıram. Beş il Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda (indiki Dövlət İqtasiyyat Universiteti) bir qrupda oxumuşuq. Tale elə gətirdi ki, 1982-ci ildən 1992-ci ilə kimi də bir yerdə işlədik. Elə o vaxtdan onun təmiz, sadə, təvazökar, səmimi insan olmağı hamımızın xoşuna gəlirdi. Özünü təmkinli aparmağı, heç kimin işinə qarışmamağı onu insanlara daha çox sevdirirdi. Elə ona görə də onunla 1974-cü ildən bu günə kimi dostluq edirik. Dostum haqqında ətraflı danışmamışdan əvvəl istəyirəm ki, sizi onunla daha yaxından tanış edim.

Qısa arayış: Əlimusa Eyyub oğlu Musayev 01 iyul 1952-ci ildə Azərbaycanın ən gözəl, dilbər guşələrindən biri olan Lerik rayonunun Qosmalian kəndində anadan olub. Bakıda 64 nömrəli fəhlə-gənclər orta məktəbində təhsil alıb. Belə bir deyim də var ki, əzəmətli dağların qoynunda doğulanlar dağ vüqarlı, saf, təmiz olurlar. Bax, bu cəhətələr Əlimusada da var. Ona görə də o, özünün təmkinli olması, mehribançılığı, səxavəti ilə bütün dostlarından seçilir.

Biz onunla ən azından həftədə bir-iki dəfə görüşürük. Həmişə də söhbətlərimiz Azərbaycan dövləti və dövlətçiliyi haqqında olur. Çünki Əlimusa dövlətə, dövlətçiliyə çox sadiq insandır. 02 aprel 2016-cı il tarixdən sonra cəbhə bölgəsində əsgərlərimizin şücaəti hamı kimi bizi də sevindirdi. Elə bil millət yatmışdı, yuxudan oyandı və nəyə qadir olduğunu yağı düşmənə göstərməklə yanaşı bütün dünyaya da bildirdi ki, biz öz torpağımızı hərbi yolla da ala bilərik. İndi demək olar ki, Əlimusa ilə yalnız Azərbaycan ordusu haqqında söhbətlər edirik...

Biz tarixlər boyu heç bir millətin torpağını işğal etmədiyimizdən həmişə sülh tərəfdarı olmuşuq. Ordumuzun bu rəşadəti sübut elədi ki, Azərbaycan xalqını qoruyan qüdrətli ordusu var. Bundan ruhlanan azərbaycanlılar əmək haqqlarının müəyyən bir hissəsini Müdafiə Nazirliyinin hesabına köçürürlər. Əlimusa müəllim də bu tədbirdən geri qalmayaraq, əmək haqqının düz 50 faizini Müdafiə Nazirliyinin hesabına köçürür. Ondan soruşanda ki, əmək haqqının yarısını Müdafiə Nazirliyinin hesabına köçürürsən bəs nə ilə dolanırsan? O da öz

növbəsində gülümsünərək bildirdi ki, " mən həmişə aza qail olan insan olmuşam. Artıq təqaüdə çıxmışam, hamı necə mən də elə dolanıram. Baxmayaraq təqaüdə çıxmışam. Amma hələ canım suludur. Hərbiyə getmək, ön cəbhədə olmaq istəyirəm. Bu haqda müraciət etsəm də məni yaş senzinə görə orduya qəbul etmirlər. Müdafiə Nazirliyindən bildiriblər ki, bu gün bizim qüdrətli ordumuz istənilən düşmənə layiqli cavab verməyə hazırdır, sizlərə ehtiyyac yoxdur".

Bax buna görə də Əlimusa Musayev əmək haqqının 50 faizini Müdafiə Nazirliyinin hesabına köçürməklə hərbiyə öz töfhəsini verir. Təki Vətən sağ olsun.

Əlimusa müəllim onu da bildirdi ki, "lazım olsa, əgər razılıq versələr elə bu yaşımda da hərbiyə gedərəm. Təki torpaqlarımız nankor düşmənlərdən təmizlənsin". Eyni zamanda onu da dedi ki, "torpaqlarımız azad olan kimi lazım olarsa bir iqtisadçı, maliyyəçi kimi Qarabağın hansı bölgəsində olur olsun işləməyə gedərəm. Qoy heç kim fikirləşməsin ki, biz torpaqlarımızı boş qoyacayıq". Bu gün başqa bölgələrdən olan vətənpərvər oğullarımız, yaxşı mütəxəssislərimiz torpaqlarımız azad olunandan sonra Qarabağa gedib işləmək həvəsindədirlər.

Bu gün bütövlükdə xalqımız ordumuzla iftixar duyur. Qürur hissi keçirir. Onlar aprel ayındakı böyük qələbələri ilə artıq düşmənin gözünün "odunu" alıblar. Onsuz da ermənilər çox qorxaq millətdir. Tarixlər boyu onlar öz havadarlarının hesabına həmişə özlərini güclü-qüvvətli göstərmək istəsələr də bu onlarda axıra qədər davam etmnəyib. Çünki həmin ölkələr də gec-tez başa düşüblər ki, onlar erməni göreşən çaqqalları müdafiə etməklə öz hörmətlərini də itiriblər. İndi də elədir...

Əsgərlərimizin şücaəti hər bir həqiqi azərbaycanlının sevincinə səbəb oldu. Düzdur həmişə xəbislər, paxıllar, gözü götürməyən nanəciblər olub və yenədə var. Onlar düşmən dəyirmanına su tökməklə məşğuldurlar. Qoy olsun. Ataların yaxşı bir məsəli var "Meşə çaqqalsız olmaz". Bu gün hərbi hissələrdə olan bu ab-hava hamını sevindirir. Çox çəkməz torpaqlarımız azad olar. Onda bilinəcək kim kimdir. Bu gün dünyanın heç bir aparıcı ölkəsi Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almır. Bütün bunlara baxmayaraq Ermənistan öz havadarlarına arxalanıb, Beynəlxalq təşkilatların BMT, Minsk qrupu ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatların qərar və təkliflərini nəzərə almırlar.

Amma gec-tez nəzərə alacaqlar. Çünki artıq onların havadarları da başa düşüblər ki, "bu xına o xınadan deyil".

Azərbaycan xalqı tarixlər boyu heç vaxt müharibə tərəfdarı olmayıb. Dövlətimiz və dövlətimizin başçısı cənab İlham Əliyev də dəfələrlə qeyd edib: "Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Əks təqdirdə müharibə qaçılmazdır. Biz torpaqlarımızı heç vaxt düşmənlərimizə verməyəcəyik! Qoy bunu düşmənlərimiz də bilsin".

Bu gün bütovlükdə Azərbaycan xalqı da öz Ali Baş Komandnının yanında bir əsgər kimi döyüşə hazırdır. Həmin əsgərlərin birincilərindən də biri Əlimusa Musayevdir. Biz torpaqlarımızı özümüz azad etməliyik. Bu işi gələcək nəsillərimiz üçün bir problemli məsəslə kimi qoyub getməməliyik. Yoxsa gələcək nəsillərimiz bunu bizə bağışlamaz. Necə ki, biz Dərbəndi, Təbrizi, Zəngəzuru, Həmədanı, Urmiyanı, Xoyu, Ərdəbili, Borçalı bölgəsini və çoxlu bolgələrimizi yağı düşmənlərə verdiklərinə görə ulu babalarımızı bağışlamırıq.

Tahir ƏLƏKBƏRLİ

Şair- publisist