Azərbaycan gimnastları “Grasiya Cup” beynəlxalq turnirində iştirak edəcəklər

16 Fevral 2011 14:05 (UTC+04:00)

Azərbaycan gimnastları "Grasiya Cup" beynəlxalq turnirində iştirak edəcəklər. Bu barədə siasport.az saytına Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətindən məlumat daxil olub. Məlumata görə, turnir Macarıstanın Budapeşt şəhərində təşkil olunacaq. Fevral ayının 19-dan 20-dək davam edəcək yarışda Azərbaycanın şərəfini 2 idmançı qoruyacaq. Turnirdə ölkəmizi Gülsüm Şəfizadə və Ləman Hacızadə təmsil edəcək.