Bakı şəhər çempionatı keçirilir

16 Fevral 2011 10:15 (UTC+04:00)
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Hövsan Olimpiya İdman Kompleksində şaolin döyüş sənəti üzrə Bakı şəhər çempionatı keçirilir. Siasport.az saytı xəbər verir ki, yarışda 2000-2001-ci il təvəllüdlü yeniyetmələr (21 kq, 24 kq, 27 kq, 30 kq, 33 kq, 36 kq çəki dərəcəsində, 1998-99-cu il təvəllüdlü yeniyetmələr: 30 kq, 33 kq, 36 kq, 40 kq, 44 kq, 48 kq, 1995-1997-ci il təvəllüdlü yeniyetmələr: 40 kq, 44 kq, 48 kq, 52 kq, 56 kq, 60 kq, 1993-1994-cü il təvəllüdlü gənclər: 48 kq, 52 kq, 56 kq, 60 kq, 65 kq, 70 kq, 75 kq, kişilər arasında: 56 kq, 60 kq, 65 kq, 70 kq, 75 kq, 80 kq, 85 kq, 90 kq, +90 kq) mübarizə aparırlar.