“Barselona” qızıl xallar itirdi

15 Fevral 2011 14:32 (UTC+04:00)

İspaniya La Liqasında "Barselona" futbol klubunun 16 oyunluq qələbə seriyasına nəhayət ki, son qoyuldu. Siasport.az saytı xəbər verir ki, Xose Qvardiolanın yetirmələri, onları qara-baqara izləyən "Real Madrid"lə aralarındakı xal fərqini daha da çoxaltmaq əvəzinə, "Sportinq"lə səfər oyununda 1:1 hesablı nəticədən sonra bunun əksinə imza atıblar. Onlar hətdda rəqib meydanında məğlubiyyət acısı da dada bilərdilər. X.Qvardiolanın komandası, rəqib meydanında məğlubiyyətdən yalnız David Vilyanın qarşılaşmanın 80-ci dəqiqəsində vurduğu bərabərlik qolundan sonra qurtula biliblər. Əgər "Barselona" növbəti turda da xal itkisi ilə üzləşsə, o zaman katalonlarla kral klubu arasındakı xal fərqi sürətlə azalacaq. İspaniya La Liqasında keçirilən digər qarşılaşmaların nəticələrini də nəzərinizə çatdırırq.
İspaniya La Liqası, 23-cü tur

12 fevral

"Atletiko" - "Valensiya" - 1:2
Qollar:
Xose Antonio Reyes, 3 - Xoakin, 41; 86
Penaltini vura bilməyib:
Dieqo Forlan, 57 ("Atletiko")
Qırmızı vərəqə:
Dieqo Qodin, 90 ("Atletiko")

"Sportinq" - "Barselona" - 1:1
Qollar:
David Barral, 16 - David Vilya, 80

"Rasinq" - "Sevilya" - 3:2
Qollar:
Kristian Fernandes, 12. İvan Rakitiç, 19-avt. Manuel Arana, 90 - Federiko Fasio, 40. Luis Fabiano, 83-pen.
Penaltini vura bilməyib:
Alvaro Neqredo, 17 ("Sevilya")
Qırmızı vərəqə:
Kristian Fernandes, 39 ("Rasinq")

13 fevral

"Malaqa" - "Xetafe" - 2:2
Qollar:
Julio Baptista, 80-pen. Salomon Rondon, 90 - Nikolas Miku, 8. Adrian Kolunqa, 24

"Levante" - "Almeriya" - 1:0
Qol:
Felipe Kaysedo, 53

"Erkules" - "Saraqosa" - 2:1
Qollar:
Frantsisko Farinos, 80. David Trezege, 89 - Braulio, 4

"Real Sosyedad" - "Osasuna" - 1:0
Qol:
Raul Tamudo, 73
Qırmızı vərəqə:
Damya, 90 ("Osasuna")

"Deportivo" - "Vilyarreal" - 1:0
Qol:
Alberto Lopo, 60

"Espanyol" - "Real Madrid" - 0:1
Qol:
Marselo, 24
Qırmızı vərəqə:
İker Kasilyas, 2 ("Real Madrid")

14 fevral

"Malyorka" - "Atletik" - 1:0
Qol:
Pyer Vebo, 11