“Qəbələ” İngiltərə turnesinə yekun vurdu

15 Fevral 2011 11:26 (UTC+04:00)

"Qəbələ"nin 14 yaşa qədər futbolçulardan ibarət komandası İngiltərə turnesinə yekun vurub. Siasport.az saytı xəbər verir ki, son - 5-ci matçında "Şeffild Yunayted"in 15 yaşlıları ilə Tofiq Bəhramov Kuboku uğrunda mübarizə aparan təmsilçimiz bu dəfə də məğlubiyyətlə üzləşib-1:5. "Qəbələ"nin yeganə qolunu Ülvi İskəndərov aktivinə yazıb. Qarşılaşmadan sonra qalib tərəfə Tofiq Bəhramovun adına təsis olunmuş xatirə kuboku təqdim edilib.

Xatırladaq ki, "Qəbələ" bu matça kimi "Mançester Yunayted", "Everton", "Liverpul" və "Blekbern"lə qarşılaşmışdı.