Azərbaycan gimnastları Estoniyanın Tartu şəhərində ənənəvi "Miss Valentina 2011" beynəlxalq turnirində 18 medal, o cümlədən 7 qızıl medal qazanıblar. Siasport.az saytı xəbər verir ki, milli yığmanın lideri Aliyə Qarayeva halqa, top, gürz ilə hərəkətlərdə qızıl medal, lentlə hərəkətlərdə isə bürünc medal qazanıb.
İplə hərəkətlərdə 11 yaşlı Ruqiyyə Səttarovanın tayı-bərabəri olmayıb, Leyla İbrahimova əşyasız hərəkətlərdə üçüncü nəticəni göstərib. Ən azyaşlı təmsilçimiz 7 yaşlı Lala Kramarenko isə əşyasız və halqa ilə hərəkətlərdə ilk qızıl medallarını qazanıb.