ARGTMŞ-ın nümayəndəsi beynəlxaq tədbirdə

23 İyun 2016 10:34 (UTC+04:00)

20-22 iyun 2016-cı il tarixlərində ARGTMŞ-ın Üzv Təşkilatlarla İş üzrə Departament rəhbəri Elmar Quliyev Çexiyanın Praqa şəhərində keçirilən "Vişeqrad Qrupu və Şərq tərəfdaşlığı ölkələrinin 2015-2017-cı illər üçün gənclər sahəsində əməkdaşlığa dair tədbirlər planı" adlı layihədə iştirak edib. SİA-ya verilən məlumata görə, seminar Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Ermənistan, Belarus, Rumıniya, Polşa, Macarıstan, Slovakiya və Çexiyadan 50 nəfər nümayəndənin iştirakı ilə Çexiya Respublikasının Təhsil, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

Seminarın əsas məqsədi Vişeqrad Qrupu və şərq tərəfdaşları ölkələri arasında gənclərin sosial inteqrasiyası ilə bağlı mövcüd vəziyyətin müzakirəsi, bu istiqamətdə strateji işlərin aparılması və eyni zamanda gənclərin sosial inteqrasiyası mövzusu ətrafında birgə tədbirlərin keçirilməsi ilə bağlı müzakirəsidir.

Tədbirdə ARGTMŞ tərəfindən Azərbaycan gənclər siyasəti və gənclərin sosial inteqrasiyası mövzüsu ətrafında Azərbaycanın təcrübəsi ilə bağlı təqdimat keçirilib.

Məlumat üçün qeyd edək ki, ölkənin ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Forumunun təsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, "Böyük İpək Yolu" beynəlxalq gənclər təşkilatının təsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür.