İyunun 22-də İranda 4,6 bal gücündə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 14:47-də Naxçıvandan 76 kilometr cənub-qərbdə, İran ərazisində qeydə alınan yeraltı təkanın ocağı 5 kilometr dərinlikdə yerləşib.
Zəlzələ Naxçıvanda 3 bala qədər hiss olunub.