Qəbələdə ən yaxşı otel seçilib

22 İyun 2016 17:56 (UTC+04:00)

"Booking.com"-da "Qafqaz Tufandag Mountain Hotel"i Qəbələ şəhərində ən yaxşı otel seçilib. SİA-nın verdiyi xəbərə görə, reytinqə əsasən, hotel mümkün olan 10 baldan 9.1 bal toplayıb.

Obyektin əsas üstünlüyü kimi yerləşdiyi məkan qeyd olunub. Hotel Dəmiraparançay sahilində, Qafqaz sıra dağlarının ətəyində yerləşir. Şəhər sehrli meşələrin əhatəsində olduğu üçün Qəbələni zümrüd şəhər adlandırırlar.

Qeyd olunur ki, Qəbələnin öz aeroportu mövcuddur və oraya yetişmək üçün yarımsaatdan da az vaxt tələb olunur.