Azərbaycan Premyer Liqasının XX turunun ilk oyun günü başa çatıb. Siasport.az saytı xəbər verir ki, turun ilk günü 3 oyun baş tutub. "Bakı" klubunun təlim-məşq bazasında keçirilən MOİK-"Turan" qarşılaşmasında qonaqlar qələbəyə seviniblər. Tovuz təmsilçisi rəqibinin qapısında 2 cavabsız top keçirib və baş məşqçi Naci Şensoyun debütü uğurlu olub. "Şəfa" stadionunda baş tutmuş AZAL - \"Gəncə\" matçı isə qolsuz bərabərliklə başa çatıb. Mərkəzi arenada- Tofiq Bəhramov adına Respublika stadionunda isə "Bakı" "Muğan"ı qəbul edib. Aleksandr Starkovun debütü heç də uğurlu alınmayıb. Belə ki, paytaxt təmsilçisi "Muğan"la oyunda 1:1 hesablı heç-heçəyə imza atıb.
12
fevral
Georgi Çediya, 26, Yasin Abbasov, 65
Hakimlər: Ramil Diniyev, Azad Q. Hüseynov, Habil Əliyev, Feyzulla Feyzullayev
Əziz Quliyev, 5, Elşən Məmmədov, 47
Hakimlər