Rəqsanə: "Ürəyi zəif olanlar dərman içsinlər” FOTOLAR

22 İyun 2016 15:55 (UTC+04:00)

Müğənni Rəqsanə İsmayılova qınaq obyektinə çevrilib. SİA-nın verdiyi xəbərə görə, ifaçı çimərlik geyimində fotolarını ortaya çıxarıb. Onun sosial şəbəkədə paylaşdığı şəkilləri təhqir olunub. R.İsmayılova ünvanına təhqir yazanlara belə cavab verib:"Kimin xoşu gəlmir baxmasın. Siz dənizdə yəqin ya kürk, ya da palto geyinirsiniz. İstirahət edirəm, mənə belə xoşdur. Mənim dərdimi çəkmək sizə qalmayıb. İstəməyən baxmasın. Ürəyi zəif olanlar dərman içsinlər".