Lənkəran kapoeyraçıları yenidən məşqlərə başlayıblar

12 Fevral 2011 13:07 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, Azərbaycan Kapoeyra Federasiyasının (AKF) Lənkəran şəhərindəki məktəbi bir müddət öncə fəaliyyətini dayandırmışdı. Siasport.az saytı xəbər verir ki, sözügedən məktəb artıq yenidən fəaliyyətə başlayıb və məşqlər bərpa olunub. Texniki səbəblərdən dayandırılmış kapoeyra dərsləri indi təzə ünvanda - Lənkəran şəhərinin Mədəniyyət Evində keçirilir.