Fevralın 13-də Xarkovda qarışıq təkbətək döyüş üzrə "Millətlər Birliyi Kuboku" beynəlxalq illik komanda turnirinin 13-cü mərhələsi keçiriləcək. Siasport.az saytı xəbər verir ki, turnirdə 6 komanda iştirak edəcək. Azərbaycanın "Neftçi" komandası "Pro Team Peresvit" (Xarkov) komandası ilə, "Team MMA Rocks" (Polşa) "Akademiya MMA" (Belarus) ilə, "AE Team" (Rusiya) isə "Geo Fight" (Gürcüstan) ilə qarşılaşacaq.