Mövsümün əvvəlində "Gəncə" ilə anlaşan, lakin elə ilk gündən düşərgəni tərk edən Kənan Kərimov mövsümün başa çatmasını gözləyəcək. Siasport.az saytı xəbər verir ki, zədə səbəbindən Ukraynada müalica alan futbolçunun qış fasiləsində Premyer Liqa təmsilçilərindən birinə keçəcəyi gözlənilirdi. Kərimovla əlaqə saxlayıb, onun karyerasını harda davam etdirəcəyini soruşduq: "Artıq zədəm tam sağalıb. Hər gün məşq edirəm. Formamı bərpa etmişəm. Ad çəkməyəcəm. Premyer Liqa klublarından birinə keçə bilərdim. Lakin "Gəncə"nin məndən pul istəməsi buna imkan vermədi. Transfer vərəqəm bu komandaya məxsus olduğundan, başqa kluba keçidim baş tutmadı. Belədə mövsümün başa çatmasını gözləyəcəm. Ondan sonra mən də qarşı tərəfdən öz haqqımı tələb edəcəm. Karyeramı bitirmək fikrində deyiləm. Daha bir neçə il oynaya bilərəm".//sportal.az