Bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasından 15 il ötür. SİA-nın məlumatına görə, bu münasibətlər Dövlət Komitəsinin rəhbərliyi başda olmaqla kollektivin əməkdaşları Fəxri Xiyabana gələrək Ümummillli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
Komitə əməkdaşları görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarları üstünə gül dəstələri qoyublar.
Sonra qurum əməkdaşları Şəhidlər Xiyabanına gələrək Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərin məzarlarını ziyarət ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ümummilli Lider Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə yaradılıb.