Fevralın 9-una nəzərdə tutulmuş beynəlxalq yoxlama oyunları günündə "Qarabağ"ın futbolçuları da millilərin formasını daşıyıb. Siasport.az saytı xəbər verir ki, 4 futbolçu Azərbaycan millisinin tərkibində Macarıstana qarşı çıxış edib. Elə legionerlər də milli forma üçün tər töküblər. Futbolçulardan Albaniya millisinin şərəfini qoruyan Admir Teli və Ansi Aqolli Sloveniya millisinə qarşı görüşdə meydanda olublar. Start heyətində meydana çıxan müdafiəçilərin millisi 90-cı dəqiqədə penaltidən buraxdıqları qolla 2:1 məğlub olublar.
Əvəzində digər legioner eynihesablı qələbəyə sevinib. Latviya millisinin əfsanələrindən olan Andrey Rubins Boliviyaya qarşı görüşdə start heyətində meydana çıxıb və 2:1-lik qələbəyə sevinib.