Müğənni, rejissor, aktyor Özcan Deniz baş rolda oyandığı "İkinci şans" filminin çəkilişləri bitən kimi özünə vaxt ayırıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı özündən 20 yaş kiçik sevgilisi ilə Marmarisə səfər edib. Onlar gəmiylə səyahətə çıxıblar. Deniz sevgilisinin fotolarını çəkərək "İnstagram" səhifəsində paylaşıb.

