\"Xəzər Lənkəran\" yeni transferlərini azarkeşlərə təqdim etdi
10 Fevral 2011 09:56 (UTC+04:00)
\"Xəzər Lənkəran\" klubu yeni transferlərinin təqdimatını keçirib. Siasport.az saytı xəbər verir ki, mərasim Lənkəran şəhər stadionunda baş tutub. Klub yeni oyunçuları fanatların qarşısına çıxarıb. Təqdim etmə zamanı futbolçular tribunalara top ataraq, azarkeşləri salamlayıblar. Mərsaimdən sonra komanda əvəzedici heyətlə yoldaşlıq görüşü keçirilib və oyun 5:0 hesabı ilə əsas komandanın xeyrinə başa çatıb.