Məğlub olduq

9 Fevral 2011 16:51 (UTC+04:00)

Bu gün Bakı İdman Sarayında futzal üzrə Azərbaycan milli komandasının eksperimental heyəti ilə Özbəkistan yığması arasında yoldaşlıq oyunu keçirilib. Siasport.az saytı xəbər verir ki, qarşılaşma 2:1 hesabı ilə Özbəkistan yığmasının xeyrinə başa çatıb. Millimizin heyətində Tural Ağayev fərqlənib.