"Qarabağ" Bakıda ilk məşqinə çıxıb
9 Fevral 2011 12:51 (UTC+04:00)
"Qarabağ" klubu dünən Bakıda ilk məşqə çıxıb. Siasport.az saytı xəbər verir ki, bazar günü "Qəbələ"ni qəbul edəcək komanda ilk məşqini İdman Akadimiyasının meydançasında edib. Millidə olan futbolçulardan başqa zədəli Maksim Medvedev çalışmada iştirak etməyib. Yeni transferlər İlqar Qurbanov, Bojan Pavloviç və Nderim Nedzipi Bakıda komanda ilə ilk məşqə çıxıblar.