16 iyun 2016-cı il tarixdə Xəzər rayonunda Zirə Mədəniyyət Mərkəzinin "Eko" Parkında tibb işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçrilmişdir. Xəzər rayon Səhiyyə işçiləri Həmkarlar İttifaqı Şurasının təşəbbüsü ilə keçrilən tədbirdə Şuranın sədri Elnarə Muradova, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev və rayon ictimayyətinin nümayyəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Xəzər rayon Səhiyyə işçiləri Həmkarlar İttifaqı Şurasının sədri E.Muradova tibb işçilərini peşə bayramları münasibətilə təbrik etdi və bildirdi ki, tibb işçilərini peşə bayramı Ümumimilli Lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən hər il respublikamızda 17 iyun tarixində qeyd olunur. Daha sonra o son illər rayonda səhiyyə sahəsinin maddi texniki bazasının gücləndirilməsindən danışaraq əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin ildən-ilə artdığını qeyd etdi.
Milli Məclisin deputatı R.Əliyev tibb işçilərini peşə bayramları münasibətilə təbrik edərək işlərində uğurlar dilədi. R.Əliyev müvafiq Dövlət Proqramlarına əsasən eləcə də Heydər Əliyev Fondu tərəfindən son 10 il ərzində Respublikamızda o cümlədən Xəzər rayonunda səhiyyənin inkişaf sahəsində həyata keçrilən tədbirlərdən danışdı.
YAP Xəzər rayon Təşkilatının sədri N.Əhmədov çıxış edərək tibb işçilərini peşə bayramları münasibətilə təbrik etdi və son illər səhiyyə sahəsində rayonda böyük uğurlar əldə edildiyindən danışdı.
Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini A.Balayev çıxışında son illər əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin artırılması sahəsində rayonda həyata keçrilən tədbirlərdən danışdı.
Tədbirin sonunda rayonun qabaqcıl tibb işçilərinə Fəxri Fərmanlar və Fəxri Diplomlar təqdim edildi.