Milli komandaya yeni futbolçu dəvət olunub

8 Fevral 2011 12:28 (UTC+04:00)

Fevralın 9-dan 12-dək Şağan Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçirəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə daha bir futbolçu dəvət olunub. Siasport.az saytı xəbər verir ki, bu, Rusiyanın Sankt-Peterburq şəhərini təmsil edən \"Dinamo\" klubunun üzvü, ampluaca müdafiəçi Məhərrəm Mahmudovdur.