Bu gün IV Bakı Beynəlxalq Futzal Turnirinə yekun vurulacaq
8 Fevral 2011 12:12 (UTC+04:00)
Bu gün IV Bakı Beynəlxalq Futzal Turnirinə yekun vurulacaq. Siasport.az saytı xəbər verir ki, yarışın son oyun gününün ilk qarşılaşması saat 18:00-da Latviya və Özbəkistan milli komandaları arasında keçiriləcək. Saat 20:15-də isə Ukrayna və Azərbaycan milliləri qarşılaşacaq. Turnirin qalibi məhz bu oyunda müəyyənləşəcək.