Vüqar Həşimov Almaniya klub çempionatında iştirak edir

8 Fevral 2011 11:22 (UTC+04:00)

Beynəlxalq qrossmeyster Vüqar Həşimov şahmat üzrə Almaniya klub çempionatında iştirak edir. Siasport.az saytı xəbər verir ki, o, bu liqada "Verder Bremen" klubunun idman şərəfini qoruyur.
Azərbaycan şahmatçısının komandası 8-ci turda "Vattenşayd", 9-cu turda isə "Emştedden" klublarına qarşı oynayıb. Səkkizinci turda birinci lövhədə ağ fiqurlarla oynayan həmvətənimiz rusiyalı Yevgeni Nayerə qalib gəlib, 9-cu turda isə 30-cu gedişdə hollandiyalı Anişem Giri məğlubiyyətə uğradıb. Birinci görüş 7:1 hesabı ilə "Verder Bremen"in xeyrinə, ikincisi isə heç-heçə (4:4) başa çatıb.
Turnirin lideri norveçli Maqnus Karlsenin və hindistanlı Vişvanatan Anandın oynadığı "Baden-Baden" (15 xal) komandasıdır. Vüqar Həşimovun klubu 13 xalla 2-ci yeri tutur.
Yarış aprel ayında başa çatacaq.