Millimiz daha bir qələbə qazanıb

7 Fevral 2011 09:38 (UTC+04:00)

IV Bakı Beynəlxalq Futzal Turnirində ikinci turun oyunları keçirilib. Siasport.az sayt xəbər verir ki, əvvəlcə meydançaya Özbəkistan və Ukrayna yığmaları çıxıb. Ukraynalı futzalçılar minimalhesablı qələbə qazanıblar – 1:0. Azərbaycan millisi isə Latviya yığması ilə üz-üzə gəlib. Vitali Borisovun het-trik, Serjio Lukasın dubl etdiyi, Elvin Quliyev və Biro Jadenin isə hərəyə 1 dəfə fərqləndiyi oyun 7:1 hesabı ilə millimizin xeyrinə başa çatıb.