Didye Droqba İstanbula gəlir?

5 Fevral 2011 14:59 (UTC+04:00)

Türkiyənin "Qalatasaray" futbol klubu, hazırkı böhranlı durumdan çıxmaq üçün mübarizə apardığı bir dövrdə, ingilis mətbuatı İstanbul klubunun daha bir ulduz futbolçunu transfer edəcəyini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, "Liverpul"un əsas forvardı Fernando Torresi 58 milyon avroya transfer edən "Çelsi" futbol klubu, mövsümün sonunda heyətindəki bir sıra futbolçularla vidalaşmaq istəyir. İngiltərənin "Footylatest.com" idman portalı iddia edir ki, tezliklə "Zadəganlar"ın heyətindən Maluda, Zirkov, Bosingva və Obi Mikel kimi futbolçular uzaqlaşdırılaraq transferə çıxarılacaqlar. İngilis idman portalı iddiasına görə, "Çelsi"nin sahibi Roman Abromoviç bu yolla F.Torresə xərclədiyi pulları çıxarmaq istəyir. Amma burada ən maraqlı məqam bundan ibarətdir ki, "Çelsi"nin heyətdən kənarlaşdıracaqı futbolçular siyahısında fildişi sahillərindən olan forvard Didye Droqba da var. Artıq təkcə bu portal deyil, bütün ingilis mətbuatı dünəndən başlayaraq iddia edirlər ki, İstanbulun "Qalatasaray" futbol klubu "Çelsi" ilə danışqlar apararaq D.Droqbanı transfer etmək istəyir. İngiltərə mətbuatı yazır ki, artıq bir sıra klublar D.Droqbanı transfer etmək üçün menecerlərini səfərbər ediblər. Amma əsas iddialı kimi "Qalatasaray" göstərilir. Onlar iddia edrlər ki, İstanbul klubu bu yaşda olan futbolçuları transfer etməkdən çəkinmir. İngiltərə mətbuatı bu məsələdə türk klubunun əsas rəqibinin Fransanın "Olimpik Marsel" futbol klubu olacaqını da yazır.