1 nəfər çayda batıb FHN axtarır

13 İyun 2016 17:45 (UTC+04:00)

Salyanda 1 nəfər çayda battıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Salyan şəhərində 1 nəfərin Akkuşa çayında batması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri axtarışlara başlayıblar.

Əlavə məlumat veriləcək.​