"Xəzər Lənkəran” “Neftçi”nin bazasında məşq keçir
4 Fevral 2011 15:10 (UTC+04:00)
Bu gün "Xəzər Lənkəran" Vətənə qayıtdıqdan sonra Bakıda ilk məşqinə çıxacaq. Siasport.az sayt xəbər verir ki, qış fasiləsinin böyük hissəsini Antalya toplanışına həsr etmiş komanda bu vaxt ərzində heyətini komplektləşdirmək məqsədi ilə bir çox yeni oyunçunu yoxlama görüşləri vasitəsilə baxışdan keçirib. Bugündən etibarən isə "Xəzər Lənkəran" bilavasitə ölkə çempionatına hazırlıqlara start verir. Qarşıda gərgin oyun qrafiki olan komanda qeyd olunan məşqə tam heyətdə çıxacaq. Komandada yerli futbolçularla yanaşı, artıq əcnəbi futbolçular da Azərbaycandadır.
Nəzərinizə çatdıraq ki, komandanın məşqi bu gün saat 14.30-da "Neftçi" Futbol Klubuna məxsus bazada baş tutub.