ETSN-in zeytunçuluğun inkişafı rolu FOTOLAR

14 İyun 2016 16:09 (UTC+04:00)

Azərbaycanda ətraf mühitin mühafizəsi və təbiətdən davamlı istifadə edilməsi sahəsində əldə edilən uğurlar son illər aparılmış məqsədyönlü dövlət siyasəti və həyata keçirilmiş ardıcıl tədbirlər nəticəsində mümkün olub. Bunun nəticəsidir ki, ölkəmizdə ilboyu sanki ağacəkmə aksiyaları keçirilir. Dövlətin aidiyyəti qurumlarının gördüyü məqsədyönlü işlər, ağacəkmə kampaniyaları ayrı-ayrı təşkilatlarla bərabər insanları da bu xoşməramlı aksiyalara qoşulmağa vadar edib.

Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) bu kampaniyalarda hərəkətverici bir mərkəz olduğunu desək yəqin ki, yanılmarıq. Məhz ETSN-nin apardığı məqsədyönlü işlər nəticəsində insanlarda təbiətə, meşələrə, ümumiyyətlə yaşıl dünyamıza münasibət kökündən dəyişib, təbiəti qorumağın nə qədər vacib olduğunu insanlar daha çox anlamağa başlayıblar. Nazirliyin təşəbbüsü ilə Azərbaycanın rayonlarında, eyni zamanda Bakı və Bakıətrafı ərazilərdə milyonlarla müxtəlif növ ağac və kol bitkisi əkilib, onlara qulluq göstərilir. Təbii ki, hər bölgənin iqliminə uyğun ağacların əkilməsi də nəzərə alınır.

Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə son illər ərzində nəinki əvvəlcədən nəzərdə tutulmuş sahələrdə ağacəkmə prosesi aparılıb, eyni zamanda neftlə çirklənmiş, bataqlaşmış, şoranlaşmış və digər yararsız torpaqlarla səciyyələnən ərazilərin təmizlənərək yararlı vəziyyətə gətirilməsindən sonra müasir metodlara əsaslanan iri yaşıllaşdırma layihələri həyata keçirilib. Statistikaya nəzər salsaq görərik ki, 3776 ha ərazidə 4827 min ədəd ağac əkilib, 11.0 min kilometrə yaxın müasir damcılı suvarma sistemləri ilə təmin olunub. Bir daha qeyd edirik ki, bu işləri ETSN-nin müvafiq srtukturları illər uzunu çəkilən zəhmət nəticəsində həyata keçiriblər.

Yetişdirilməsinə ən çox zəhmət tələb edən ağaclardan biri də zeytundur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi zeytunçuluğun ölkə ərazisində, o cümlədən Abşeron yarımadasında inkişafına xüsusi önəm verərək, həmişə diqqət mərkəzində saxlayıb. 2008-ci ildən Nazirliyin nəzdində yaradılmış "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhimdar Cəmiyyətinin xidməti ərazilərində zeytun əkinlərinin salınmasına başlanılıb. Zeytunçuluğun ölkə ərazisində inkişafı məqsədilə, Nazirlik tərəfindən 2008-2016-cı illər ərzində büdcə vəsaiti və daxili imkanlar hesabına Türkiyə, İtaliya və digər olkələrdən 1 268 mindən çox davamlı və məhsuldar zeytun tingi alınaraq ölkəyə gətirilmiş və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları və Dövlət Proqramları çərçivəsində qeyri-meşə fondunun ağacbitmə şəraiti çətin olan aşağı keyfiyyətli torpaqlarında, o cümlədən magistral avtomobil yollarının mühafizə zolağından kənarda müasir dizaynla hazırlanmış layihələr əsasında əkilib.

Görülən işlərin nəticəsi olaraq, salınmış zeytun əkinlərinin sahəsi 1850 hektara çatdırılıb ki, bunun da 1 292 hektarında zeytun ağacları kompakt şəkildə əkilib. Beləliklə, son illərdə Nazirlik tərəfindən bu istiqamətdə həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə zeytun əkinlərinin sahəsi 3 dəfə artaraq 2 750 hektara çatmışdır. Bu işlər bu ğün də davam etdirilir. Müasir Azərbaycanda zeytunçuluğun inkişafına keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin 09.06.1946-cı il tarixli Sərəncamna əsasən başlanılmışdır. İlk dəfə Zığ kəndində 200 hektar zeytun əkilmiş, sonralar Hövsanda, Maştağada və Bilgəhdə də zeytun bağları salınmışdır. Hazırda Abşeron yarımadasında, müxtəlif şirkət və özəl təsərrüfatlara məxsus ötən əsrdə əkilmiş 900 hektara yaxın zeytun bağları qalmışdır.

Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən zeytunçuluğun təkcə Abşeron yarımadasında deyil, digər bölgələrdə də inkişaf etdirilməsi istiqamətində tədbirlər görülür. Belə ki, zeytunçuluğun arealını, torpağa, suya, günəş enerjisinə olan təlabatını müəyyənləşdirmək məqsədi ilə ölkənin bir sıra rayonlarında, Bərdə, Yevlax, Ağstafa, Salyan, Qobustan, Cəlilabad, Xızı və Siyəzən rayonlarının kənd təsərrüfatına yararsız arid ərazilərində zeytun əkinlərinin salınmasına başlanılıb.

Zeytun bağlarının salınması çətin işdir. Buna baxmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanla eyni iqlim qurşağında yerləşən ölkələrin əsas gəlir mənbəyi sayılan zeytunçuluğu inkişaf etdirməklə iqtisadi inkişafımıza öz töhfəsini verməkdədir.

Hörmətli oxuculara ETSN tərəfindən 2008-2016-cı illər arasında əkilmiş və becərilmiş zeytun bağları barədə cədvəl təqdim edirik:

"Azəryaşlandşaft" ASC-nin xidməti ərazilərində 2008-2016-cı illərdə əkilmiş zeytun ağacları barədə

Məlumat

ha/ədədlə

Illər üzrə

1 saylı

(Atbulaq-Hacıqabul)

2 saylı

(Beton yol)

4 saylı

(Ələt- Salyan)

5 saylı

(Bakı- Şamaxı)

6 saylı

(Bakı-Quba)

7 saylı

(Bayıl yamacı)

8 saylı

(Ələt- Atbulaq)

11 saylı

(Siyəzən)

12saylı

(Cəngi)

Cəmi

2008-ci il

-

142/70760

-

-

-

-

-

-

-

142

70760

2009-cü il

-

16/7863

-

-

-

-

-

-

-

16

7863

2010-cü il

-

145/71772

2/1309

-

-

20/10500

-

-

-

167

83581

2011-ci il

-

224/157272

12/1369

100/8300

12/6030

-

12/6205

-

-

360

179176

2012-ci il

2/1400

135/67460

60/27020

47/101716

50/51600

-/400

146/72920

-

-

440

322516

2013-cü il

-

94/46989

50/22604

21/49984

5/9631

3/3660

120/60450

45/22074

-/8

338

215400

2014-cü il

51/48565

15/58823

50/41222

7/20350

5/24252

2/2000

105/62562

72/52970

4/4136

311

314880

2015-ci il

-/6000

-/400

11/15030

-

-/4000

-/4500

7/3477

8/12842

-

26

46249

2016-cı il

01.04.2016

-

50/28000

50

28000

Cəmi

əkilmişdir

53

55965

821

509339

185

108554

175

180350

72

95513

25

21060

390

205614

125

87886

4

4144

1850

1268425

QEYD: Məlumat üçün bildiririk ki, zeytun insanlar tərəfindən meyvə kimi becərilən ən qədim və ən geniş yayılmış bitkidir. Hazırda dünyada 8 milyon hektardan çox zeytun bağları var. O cümlədən İspaniyada 2 340 min ha, İtaliyada 2 250 min ha, Tunisdə 1 250 min ha, Portuqaliyada 1 100 min ha, Türkiyədə 800 min ha, Yunanstanda 600 min ha, Əlcəzairdə 127 min ha, Fransada 100 min ha plantasiya halında salınmış zeytun bağları mövcuddur.

Tarixi mənbələrdən məlumdur ki, Azərbaycanda zeytunun becərilməsinə hələ eramızın I əsrində başlanılmışdır. Lakin sonrakı dovrlərdə bu əkinlər tamamilə məhv olmuşdur.

İşıqsevən bitki olan zeytun şoran, bataqlıq, yeraltı suları torpaq səthinə yaxın əraziləri sevmir, şaxtaya az davamlıdır. Rütubətli hava şəraitində zeytunun cavan hissələri mənfi 7 - 80 C temperaturda asanlıqla donur, hava quru olduqda isə mənfi 13-140 C şaxtaya belə dözümlüdür. Rütubətli və münbit torpaqlarda bitən zeytunun cavan zoğları zərif və sulu olduğundan qışda tam yetişmir və soyuq olduqda asanlıqla donur. Quraq və çınqıllı torpaqlarda olan zeytunların zoğları isə tam yetişir və şaxtaya bir qədər dözümlü olur.

Zeytun torpağa az tələbkardır. Yaxşı hava və su keçirmə qabiliyyətinə malik, müxtəlif tip torpaqlarda normal inkişaf edir. Lakin zeytun ağacının inkişafı üçün ən yaxşı torpaqlar qumsal, əhəngli, hava və su keçiriciliyi yüksək olan torpaqlardır.

Zeytunun yuxarıda ğöstərilən xüsüsiyyətlərini və bu bitkinin tarixən yayılma arealını nəzərə alaraq Azərbaycanda zeytunçuluğun inkişafı üçün ən münasib yer Abşeron yarımadası hesab edilir.

Digər tərəfdən qeyd etmək lazımdır ki, növ xüsusiyyətlərinə və meyvəsinin keyfiyyət göstəricilərinə görə zeytun növləri süfrəlik (konservlik) və yağlıq qruplarına bölünür. Bu qruplara aid olan zeytun növləri meyvələrinin yüksək ətliliyi (85-90%) və yağlılığı (50-73%) ilə seçilir.

Nazirlik tərəfindən Abşeron yarımadasının arid torpaqlarında çətin bitmə şəraitində plantasiya şəklində deyil, yaşıllıq yaratmaq üçün salınan zeytun əkinlərində nisbətən yaxşı məhsul əldə etmək məqsədi ilə daha davamlı və məhsuldar ayvalıq və gemlik növlərindən istifadə edilmişdir. Hər iki növ yağlıq qrupuna aid olsa da, konservləşmədə də istifadə olunur.

Bu növlər daha tez məhsul vermələri ilə də fərqlənirlər. Belə ki, 2008-2010-cu illərdə Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı mağistral avtomobil yolunun ətrafında bu növ zeytun ağaclarından salınmış əkinlərdən 2015-ci ildə 16 ton meyvə toplanmış və tingçilik təsərrüfatlarında toxum kimi istifadə olunmuşdur. 2016-cı ildə həmin sahələrdən 66 tondan artıq məhsul götürülməsi proqnozlaşdırılır.

Bioloji xüsusiyyətlərinə görə 7-10 ildən sonra ilk meyvələrini verməyə başlayan zeytun ağacları növündən, torpaq və iqlim şəraitindən asılı olaraq əsas bar vermə dövrünə 25-30 yaşlarında çatır və hər bir ağac 35 kiloqrama qədər bar verir. Zeytunun bu xüsusiyyətləri nəzərə alınmaqla illər üzrə əkilmiş zeytun ağaclarının miqdarı və məhsuldarlığı barədə hazırlanmış məlumat cədvəli əlavə olunur.

"Azəryaşlandşaft" ASC-nin xidməti ərazilərində 2008-2016-cı illərdə əkilmiş ayvalıq və gemlik sortlu zeytun tinglərinin miqdarı və məhsuldarlığı barədə

Məlumat

S.

№

Əkilmə tarixi

Əkin sahəsi,

ha

Ağacların sayı,

ədəd

Kompakt əkilmiş zeytun ağacları

Nə vaxt məhsul verməli-dir

2015-ci ilin

sonunda məhsul yığılmışdır,

ton

2016-cı ilin sonuna gözlənilən məhsul,

ton

Ağaclarn bioloji inkişafına uyğun gözlənilən orta məhsuldarlıq

10 yaşlı ağaclar

20 yaşlı ağaclar

hər ağacdan

kq

ümumi sahədən,

ton

hər ağacdan

kq

ümumi sahədən

ton

ha

ədəd

1

2008

142

70760

142

70760

2018

7.0

7.0

12

849

23

1628

2

2009

16

7863

16

7863

2019

1.0

1.0

12

94

23

181

3

2010

167

83581

50

24772

2020

8.0

8.0

12

1003

23

1922

4

2011

360

179176

167

116272

2021

-

18.0

12

2150

23

4121

5

2012

440

322516

386

268883

2022

-

32.0

12

3870

23

7418

6

2013

338

215400

302

183644

2023

-

-

12

2585

23

4954

7

2014

311

314880

160

178988

2024

-

-

12

3778

23

7242

8

2015

26

46249

19

27872

2025

-

-

12

556

23

1064

9

2016

50

28000

50

28000

2026

12

336

23

644

Cəmi

1850

1268425

1292

907054

x

16.0

66.0

12

15221

23

29174

İlkin hesablamalara görə hər 10 yaşlı zeytun ağacının 12 kiloqram, 20 yaşlı ağacların isə 23 kiloqrama qədər məhsul verməsi gözlənilir. Bu proqnozlara əsasən ilk sənaye əhəmiyyətli məhsulun alınmasına 2018-ci ildən başlanacaq (849 ton) və ildən-ilə artacaqdır. Belə ki, 2026-c ildə ümumi məhsulun həcminin 15221 ton, 2036-cı ildə isə 29174 tondan çox olacağı gözlənilir.

Proqnozlaşdırılan bu qədər məhsulun itkiyə getməməsi və səmərəli istifadəsi üçün Nazirliyik ixtisaslaşdırılmış zeytunçuluq və emal müəssisələrinin yaradılmasını məqsədəmüvafiq hesab edir. Yaradılacaq bu müəssisələrin əldə edilən gəlirlərin hesabına gələcəkdə zeytunçuluğu nəinki Abşeron yarımadasında, həmçinin ölkənin digər ərazilərində də inkişaf etdirmək mümkun olacaqdır. Bu isə ərzaq təminatına müsbət təsir etməklə yanaşı, yeni iş yerlərinin açılmasına da öz tövhələrini verə bilər.