Fernando Torres: “İndi “Çelsi”də çox xoşbəxtəm”

4 Fevral 2011 14:39 (UTC+04:00)

Qış fasiləsində ən böyük transferlər reallaşdıran İngiltərənin "Çelsi" futbol klubu, dünya mətbuatının da diqqət mərkəzinə düşməyi bacardı. Artıq dünyanın ən nüfuzlu KİV-ləri bu transferləri hələ də müzakirə edirlər. Siasport.az saytı xəbər verir ki, Roman Abramoviçin bu transferlərə külli miqdarda pul xərcələməsi ilə təkcə İngiltərənin deyil, dünyanın da ən bahalı transfer klubu kimi ad çıxaran "zadəganlar", bu cür bədxərclikləri ilə həm də Premyer Ligadakı rəqiblərinin də hədəfinə tuş gəliblər. Belə ki dünən də xəbər verdiyimiz kimi, "Arsenal"ın baş məşqçisi Arsen Venger ingilis klubunu bədxərclikdə və məntiqsiz bəyanatlar verməkdə ittiham etmişdir. O, xüsusi olaraq rəqib futbol klubunu futbolçulara külli miqdarda pul mükafatları verməkdə ittiham edib. Xatırladaq ki, "Çelsi", "Liverpul"dan Fernando Torresi 58 molyon avroya, "Benfika"dan David Luizi isə 30 milyon avroya transfer edərək heyətini gücləndirib. F.Torres isə R.Abromoviçin bu səxavətinə təriflər yağdırmaqla cavab verib. Aldığı böyük pullardan başı havalanan ispaniyalı, "Çelsi"yə "Liverpul" kimi ulduz klubdan transfer olduğunu bir anda unudaraq "zadəğanları" o ki var tərifləyib. O bildirib ki, bu klubda özünü xoşbəxt hiss edir: "Hər bir futbolçunun xəyalı Avropanın ən böyük klublarında oynamaqdır. Elə mənim də belə. Transfer olunduğum yeni komandam da dünyanın ən böyük futbol klubudur. Burada özümü xoşbəxt hiss edirəm."-deyə fikrini tamamlayıb.