"Arsenal"ın təcrübəli qapıçısı Fabiyanski artıq bu mövsüm yaşıl meydanlarda komandasına kömək edə bilməyəcək. Siasport.az saytı xəbər verir ki, "topçular"ın heyətində gözəl futbolu və qapını etibarlı qoruması ilə mühüm fiqurlardan sayılan Fabiyanski, keçən oyun aldığı zədə ucbatından belə bir vəziyyətlə qarşılaşıb. O, "Arsenal"ın mühüm qələbələrində əsas pay sahibi kimi tanınır. Komandanın fransız baş məşqçisi Arsen Venger də ingilis mətbuatına verdiyi açıqlamada bildirib ki, Fabiyanski artıq bu mövsüm "topçular"ın heyətində meydana çıxa bilməyəcək. O bildirib ki, 25 yaşlı qapıçı Almaniyada əməliyyat olunacaq. Xatıraladaq ki, Fabiyanski bu mövsüm "Arsenal"ın heyətində 20 dəfə meydana çıxıb. Komandanın digər qapıçısı Manuel Almuniya da zədəli olduğundan, ingilis klubu ciddi qapıçı problemi ilə üzləşib.