Kamil Cəfərovdan maraqlı addım AÇIQLAMA

13 İyun 2016 12:25 (UTC+04:00)

Müğənni Kamil Cəfərovdan yeni xəbər var. SİA-ya açıqlama verən ifaçı yeni bəstə üzərində çalışdığını deyib: "Repertuarımı təzələyirəm. Belə ki, yeni mahnı üzərində çalışıram. Bəstə "Məni axtar darıxanda" adlanır. Hazırda mahnı aranjeman olunur. Bundan başqa meyxanaçılardan birinin yazdığı sözlərə mahnı yazdıracam. Hələki bu haqda fikirləşirəm".